Tramp: ABŞ İrandakı əməliyyatı 70-75% tamamlayıb
15 May 16:37
13 Yanvar 2020 11:22
2 030
Azərbaycanın bəzi ərazilərinə 8 sm hündürlüyündə qar yağıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Trend-ə verilən məlumata görə, yanvarın 13-də ölkə ərazisində hava şəraiti dəyişib, qeyri-sabit keçib, əksər rayonlarda yağış, Naxçıvan MR, Yuxarı Qarabağ və Böyük Qafqazın bəzi yerlərində isə qar yağıb.
Qar örtüyünün hündürlüyü Ağdərədə (Ordubad) 8, Sarıbaşda (Qax) 7, Daşkəsəndə 6, Xınalıq, Qırızda 5, Şahbuzda 4, Sədərəkdə 3, Naxçıvan, Altıağac, Ordubad, Şərurda 2, Qusar, Xaltan, Gədəbəydə 1 sm-ə çatıb.
Yanvarın 13-də havanın minimal temperaturu dağlıq ərazilərdə 3-7, yüksək dağlıq ərazilərdə isə 10-13 dərəcə şaxta təşkil edib.
16 May 19:46
1 176
16 May 10:39
1 379
15 May 18:39
1 638