“Biz azərbaycanlı həmkarlarımızla həm burda, həm də Strasburqda araşdırmalar aparacağıq” Hadisə

“Biz azərbaycanlı həmkarlarımızla həm burda, həm də Strasburqda araşdırmalar aparacağıq”

Azərbaycan-Fransız Universitetində (UFAZ) Total E&P Absheron şirkəti-Strasburq Universiteti (Unistra)-UFAZ və Paşa Bank ASC-Strasburq Universiteti (Unistra)-UFAZ arasında akademik və təhsil sahələrində peşəkar əməkdaşlığın möhkəmləndirilməsi və inkişaf etdirməsi çərçivəsində rəsmi Anlaşma Memorandumu imzalanıb.
İmzalanma mərasimində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı, Strasburq Universitetinin rektoru Mişel Deneken, Fransanın Azərbaycandakı səfiri Zakari Qross, Total E&P Absheron şirkətinin prezidenti Regis Agut və PAŞA Bank ASC-nin İdarə heyətinin sədri Taleh Kazımov iştirak edib.
M. Babanlı bildirib ki, 2020-ci ildə 125 nəfər UFAZ-dan məzun olacaq.
UNİSTRA-nın rektoru Mişel Done deyib ki, onlar magistr proqramının yaradılmasında maraqlıdırlar: “Biz azərbaycanlı həmkarlarımızla həm burda, həm də Strasburqda araşdırmalar aparacağıq”.
O UFAZ-ın böyük uğurlar qazandığını vurğulayıb.
Fransanın Azərbaycandakı səfiri Zakari Qross qeyd edib ki, UFAZ iki ölkə arasında uğurlu əməkdaşlığın təcəssümüdür.
Səfir bildirib ki, tələbələr üçün təqaüd proqramının elan edilməsi onların Fransa universitetlərində pulsuz təhsil almasına imkan yaradacaq.
Total E&P Absheron şirkətinin prezidenti Regis Agut və PAŞA Bank ASC-nin İdarə heyətinin sədri Taleh Kazımov da çıxış edərək qarşılıqlı əməkdaşlıqda maraqlı olduqlarını bildiriblər.