 
                
                
                
             
                
                
                
             
                
                30 Oktyabr 18:52
 
                
                30 Oktyabr 17:33
İran “Telegram”ın fəaliyyətinin bərpası üçün danışıqlara başlayıb
Gürcüstanda keçmiş nazirin evində axtarış aparılıb, müavini saxlanılıb
Zelenski Ukraynada hərbi vəziyyəti fevralın 3-nə qədər uzadıb
“Bu hadisə Azərbaycanın əleyhinə yönəlmiş təxribat xarakteri daşıyır”
Arvadına zor tətbiq edilməsi ilə bağlı saxlanılan şəxs barəsində qərar verilib
 19 Mart  2020 15:33
19 Mart  2020 15:33 2 317
2 317
AMEA-nın akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda yaradılan “Azofos” və “Azofos K” gübrələrinin istehsalı üçün İqtisadiyyat Nazirliyi tərəfindən xüsusi lisenziya verilib.
Akademiyadan Trend-ə verilən məlumata görə, sözügedən gübrələrin AMEA-nın Yüksək Texnologiyalar Parkının rezidenti “İNKOR” MMC ilə birgə istehsal texnologiyası hazırlanıb.
“İNKOR” MMC Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən gübrə təchizatçısı kimi qeydə alınıb və “Azofos” və “Azofos K” gübrələri Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində mineral gübrə siyahısına əlavə olunub.
“Azofos” və “Azofos K” gübrələri müstəqil Azərbaycanda istehsalı təşkil olunan ilk iki (N, P) və üç (N, P, K) qida elementli gübrələrdir.
“Azofos K” gübrəsi 2019-cu ildə “Az-Granata” MMC-nin 28 hektar üzüm bağında və 290 hektar nar bağında istifadə edilib. Nəticədə 253 ton əlavə üzüm və 1450 tondan artıq nar götürülüb.
Bundan əlavə, “Azofos K” gübrəsi pambıq, buğda, arpa, qarğıdalı, yonca bitkilərinin becərilməsində də uğurla sınaqdan keçib. Gübrələrin geniş sahə sınaqlarından keçirilməsində Kənd Təsərrüfatı Nazirliyinin müvafiq institutları da yaxından iştirak ediblər.
 30 Oktyabr 19:58
30 Oktyabr 19:58 1 120
1 120 30 Oktyabr 16:44
30 Oktyabr 16:44 1 302
1 302 30 Oktyabr 16:18
30 Oktyabr 16:18 1 281
1 281 
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                    .webp) 
                     
                     
                     
                     
                     
                     
                     
                     
                    .webp) 
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                    jpeg-1760094789.jpg) 
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
        
         
                     
                    