Xaricə tur paketlər vəd edərək pul ələ keçirməkdə şübhəli bilinən şəxs beynəlxalq axtarışa verilib
Azərbaycan-Rumıniya strateji tərəfdaşlıq münasibətlərinin vəziyyəti müzakirə olunub
"ASAN xidmət"in "INNOLAND" mərkəzi beynəlxalq proqramın tərəfdaşlıq statusunu qazanıb
Tramp: İran heç vaxt nüvə silahı əldə etməyəcək, dünya təhlükəsiz olacaq
2 Aprel 2020 10:20
1 904
Koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması məqsədi ilə ölkə ərazisində elan edilən xüsusi karantin rejiminin pozulması hallarına hələ də rast gəlinir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba rayonunda regional qrupundan verilən məlumata görə, bu kimi neqativ halların qarşınının alınması məqsədi ilə Quba Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində mütəmadi olaraq qabaqlayıcı tədbirlər həyata keçirilirlər. Polis əməkdaşları vətəndaşlarla profilaktik söhbətlər apararaq, onlara xüsusi rejim qaydalarına riayət etməyə çağırıblar.
Lakin keçirilən tədbirlər zamanı edilən xəbərdaqlıqlara məhəl qoymayan şəxslər də aşkarlanıb. Onlar arasında günün müxtəlif vaxtlarında elan edilmiş bir rayondan digərinə getməklə bağlı qoyulan məhdudiyyətləri pozanlar da var. Həmin şəxslər barəsində RPŞ-nin əməkdaşları Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə tədbir görərək cərimə tətbiq ediblər.
18:56
441
18:55
476
17:17
700