Ukrayna müdafiə qüvvələri Kupyanskda Rusiya ordusunu mühasirəyə alıb
Rusiyada dövlət səviyyəsində anti-Azərbaycan siyasəti və diasporumuza hücum davam etdirilir
Bakıda Britaniya–Azərbaycan iqtisadi əməkdaşlığının gələcəyi müzakirə olunub
Neft-qaz sektoruna bu il 4,7 mlrd. manatdan artıq vəsait yönəldilib
14 Aprel 2020 16:47
2 198
AXCP funksionerləri partiyanın üzvü Baba Süleymanovun qanunsuz həbs edilməsi ilə bağlı sosial şəbəkələr vasitəsi ilə xəbərlər yayırlar.
Bununla əlaqədar DİN-in Mətbuat Xidmətindən "Report"a bildirilib ki, burada qanunsuz həbs barədə səslənən iddialar tamamilə əsassızdır və qərəzdən irəli gələn bir dezinformasiyadır.
"Bakı şəhər sakini Süleymanov Baba tətbiq edilmiş xüsusi karantin rejimini pozduğu üçün saxlanılıb, barəsində toplanmış materiallarla birlikdə məhkəməyə təqdim olunub və məhkəmənin hökmü ilə inzibati qaydada həbs olunub. Yeri gəlmişkən qeyd edək ki, xüsusi karantin rejimini pozduqlarına görə təkcə mart ayı ərzində 160 nəfərdən çox şəxs inzibati qaydada həbs edilib. AXCP üzvünün qanunsuz həbs edilməsi iddiasına gəldikdə isə qeyd olunmalıdır ki, əqidəsindən, siyasi partiyalara, ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq cinayət, yaxud inzibati xəta törətmiş istənilən şəxs qanun qarşısında bərabədir və yol verdiyi hüquqazidd əmələ görə də cavabdehlik daşıyır" - Mətbuat Xidmətindən bildirilib.