7 Sentyabr 16:15
Umayra Tağıyeva: Süni intellekt erkən xəbərdarlıq sistemlərinin effektivliyini artıra bilər
Nazir müavini: Xəzərin səviyyəsinin aşağı düşməsi artıq proqnoz deyil, real ekoloji problemdir
“Səudlar qalib gəlsə, husiləri Qırmızı dənizdən uzaqlaşdıracaq”
“Çox istəyərdim ki, ya amnistiya, ya da əfvetmə haqqında qərar qəbul olunsun”- Qüdrət Həsənquliyev
10:46
294
Qeyd edilir ki, Yəmənin “Ənsar Allah” (Husi) hərəkatının tərəfdarları Marib əyalətinin şimalında məcburi köçkünlərin yerləşdiyi düşərgəyə ballistik raket zərbəsi endiriblər.
Hücum nəticəsində ölən və yaralananlar var. Zərərçəkənlərin dəqiq sayı hələ açıqlanmayıb.
Mövzu ilə bağlı xalqcebhesi.az-a açıqlama verən araşdırmaçı-jurnalist Kənan Rövşənoğlu deyib ki, hazırda Yəməndə Ənsarullah hökuməti və Səudiyyə Ərəbistanı tərəfindən dəstəklənən mühacir hökumət arasında hakimiyyət və ən əsası Qırmızı dəniz sahillərinə nəzarət uğurunda mübarizə gedir: “Məsələ ondadır ki, 2012-ci ildə Yəməndə prezident Əli Abdullah Saleh ərəb baharı etirazlarından sonra istefaya getdi, onu müvəqqəti olaraq vitse-prezident Əbdurəbbi Mansur Hadi əvəz etdi, ancaq Hadinin yeni prezident seçkiləri keçirməməsi, islahatlar həyata keçirməməsi nəticəsində siyasi böhran yarandıqdan sonra 2014-cü ildə Ənsarullah Hərəkatının rəhbərlik etdiyi hərbi-siyasi koalisiya çevriliş edərək hakimiyyəti ələ keçirdi. Hadi isə əvvəl razılaşsa da, sonra Səudiyyə Ərəbistanına qaçıb orada mühacir hökumətini davam etdirdi. 2015-ci ildə isə Səudiyyə Ərəbistanı koalisiyası Yəmənə hücum etdi. Ancaq nəticə olmadığı üçün 2022-ci ildə atəşkəs elan olundu, husilər isə İsrailə müharibə elan etdi. Husiləri İran dəstəkləyir. Bu mənada Yəməndə proksi müharibə İran və Səudiyyə Ərəbistanı arasındadır”.
K.Rövşənoğlunun sözlərinə görə, lakin bu il ABŞ və İsrailin İrana hücumundan sonra İran elan etdi ki, Hörmüz boğazı ilə yanaşı Qırmızı dənizdə də Bab əl-Məndəb boğazı bağlanacaq: “Bundan sonra husilər bir neçə gəmini və Səudiyyə Ərəbistanının Qırmızı dənizə çıxışı olan neft terminalı Yanbunu atəşə tutdu. Bu səbəbdən də Səudiyyə Ərəbistanı husiləri cəzalandırmaq və Qırmızı dənizdən uzaqlaşdırmaq üçün yenidən onlara qarşı əməliyyatlara start verdi. Vuruşan yəmənlilər və Afrika, eləcə də digər ölkələrdən gələn silahlılar olsa da, sponsor Səudiyyə Ərəbistanıdır. Yəni müharibə dolayısı ilə İran və Səudiyyə, daha geniş mənada ABŞ arasında gedir. Əgər səudlar qalib gəlsə, husiləri Qırmızı dənizdən uzaqlaşdırmaq və ya hakimiyyəti ələ keçirmək istəyir. Buna görə də indi belə xəbərlər çox yayılır, orada güclü müharibə gedir”.
Röya İsrafilova
7 Sentyabr 16:38
1 029
7 Sentyabr 16:15
1 624
7 Sentyabr 15:00
1 568