Ramin Bayramlı: “Xaricdə tibb sahəsində çalışanların ölkəmizə qayıtması üçün hər cür şərait yaradılır” Hadisə

Ramin Bayramlı: “Xaricdə tibb sahəsində çalışanların ölkəmizə qayıtması üçün hər cür şərait yaradılır”

2007-2015-ci illərdə qəbul edilən xaricdə təhsil proqramlı ilə ümumilikdə 3558 nəfər xaricdə təhsil alıb.
APA-nın məlumatına görə, bunu REACT-C19 layihəsinin təqdimatında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib. Onun sözlərinə görə, onlardan 764-ü Türkiyədə təhsil alıb ki, 576-sı da məhz tibb sahəsində oxuyublar: "Onlardan 384 nəfəri rezidentura, 173 nəfəri baza tibb təhsili, 3 nəfəri magistratura, 16 nəfəri doktorantura təhsili alanlardır. Təkcə Türkiyədə yox, dünyanın hər yerində təhsil alıb çalışan onlarla, minlərlə həmyerlimiz var. Onların böyük əksəriyyəti vətənə dönüblər, bu gün koronavirusa qarşı bizimlə çiyin-çiyinə çalışmaqdadır. Bu gün əldə etdiyimiz uğurları belə kadrlar sahəsində qazanırıq. Onların həmişəlik dönməsi üçün çox yaxşı şərait yaradılıb. Xəstəxanalarımız da maddi-texniki bazaya malikdir, bu günlərdə də hər hansı nöqsan varsa, çox ciddi işlər görülür. İcbari Tibbi Sığorta layihəsinin başlanması həmkarlarımızın münbit çalışması üçün şərait yaradır. Xaricdə xüsusilə tibb sahəsində çalışanların ölkəmizə qayıtması üçün hər cür şərait yaradılır”.