Ceyhun Bayramov Nyu-Yorkda “77-lər qrupu və Çin”in 50-ci nazirlər toplantısında çıxış edib
Prezident İlham Əliyev Qazaxıstan dövlət başçısına başsağlığı verib
AIIF 2026: Cənubi Qafqaz-Mərkəzi Asiya əməkdaşlığı mövzusunda panel sessiya keçirilib
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda Orta Dəhliz müzakirə olunub
Metroda şok hadisə: kişi özünü hərəkətdə olan qatarın yoluna atdı
18 Aprel 2020 15:31
1 869
Prezident İlham Əliyevin tapşırığına əsasən ödənişli ictimai iş yerlərinin sayının 37 mindən 90 minə çatdırılması üçün müvafiq işlər aparılır.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib. Məlumata görə, nazirliyin DOST İş Mərkəzi vasitəsi ilə hazırda ödənişli işlərdə çalışan 37 min işçidən əlavə, daha 10 min şəxs haqqı ödənilən ictimai işlərə cəlb olunub.
Yeni yaradılan ictimai iş yerləri əsasən dezinfeksiya işlərinin aparılması, həssas qruplara sosial xidmətlərin göstərilməsi və s. kimi sahələri əhatə edir.
Yeni ödənişli ictimai iş yerlərinin yaradılması pandemiya ilə əlaqədar ölkədə əhalinin məşğulluq imkanlarının artırılmasına xidmət edir və proses gündəlik olaraq davam edəcək.