Tramp: ABŞ İrandakı əməliyyatı 70-75% tamamlayıb
15 May 16:37
Polşanın BMT-dəki daimi nümayəndəsi: Bakıdakı müzakirələr son dərəcə vacibdir
Milli Hidrometeorologiya Xidməti: Bakıda yağıntının miqdarı aylıq normanın 203-279%-ni təşkil edir
Guy Ryder: Qarşıdakı 10 il Yeni Şəhər Gündəliyinin icrası baxımından həlledici olacaq
Anaklaudia Rosbax: WUF13-də mənzil mövzusuna diqqətin yönəldilməsi çox vacibdir
“CDS Defence” Azərbaycanda tam səlahiyyətli təmsilçilik şəbəkəsini qurub
16 May 2020 10:59
2 485
Azərbaycan Memarlıq və İnşaat Universitetinin 2020/2021-ci tədris ili üçün bakalavr səviyyəsi üzrə tələbə qəbulu planı təsdiqlənib. Yeni qəbul planına əsasən, bu il universitetin bakalavr pilləsinə 31 ixtisas üzrə ümumilikdə 1950 plan yeri ayrılıb. Universitetdən bildirilib ki, onlardan 1575 yer Azərbaycan bölməsi, 220 yer rus bölməsi, 155 yer isə ingilis bölməsi üçün nəzərdə tutulur. Azərbaycan bölməsində bəzi ixtisaslar üzrə 60 yer qiyabi təhsil almaq istəyənlər üçün ayrılıb.
Növbəti tədris ili üçün daha bir yenilik də var. Belə ki, bakalavr pilləsi üzrə qəbul planında yeni ixtisaslar – logistika və sənaye mühəndisliyi ixtisasları yer alıb.
Ötən il olduğu kimi, yeni tədris ilində də inşaat mühəndisliyi ixtisaslarında bakalavr hazırlığı İstanbul Texniki Universiteti ilə birgə ikili diplom proqramı, kommunikasiya sistemləri mühəndisliyi ixtisaslarında isə bakalavr hazırlığı Fransanın İncəsənət və Sənətşünaslıq Milli Konservatoriyası ilə ikili diplom proqramı üzrə dövlət sifarişi əsasında həyata keçiriləcək.
Bakalavr pilləsində ingilisdilli ixtisaslarda müsabiqə Azərbaycan və rus bölmələri üzrə birgə aparılır.