“Azərbaycan dövləti öz milli qərarvermə modelini qoruyub”
1 Noyabr 12:48
1 Noyabr 12:48
31 Oktyabr 17:08
31 Oktyabr 16:39
Deputat da hökumət qədər məsuliyyət daşıyır - Qüdrət Həsənquliyevdən SENSASİON açıqlamalar
Milli Məclisin sədri Sahibə Qafarova Böyük Misir Muzeyinin açılış mərasimində iştirak edib -FOTO
Ukraynanın Odessa vilayətinə dron hücumu olub, iki nəfər ölüb, bir yaralı var
Baydenin müşaviri onun seçkilərdən geri çəkilməsinin əsas səbəbini açıqlayıb
ABŞ beynəlxalq sularda narkoterroçularun qayığını məhv ediblər, ölənlər var
19 May 2020 12:49
1 890
AMEA-nın Dendrologiya İnstitutunun Bitkilərin mühafizəsi laboratoriyasının əməkdaşları tərəfindən meşə landşaftlarının bioloji müxtəlifliyinin monitorinqi aparılır.
Akademiyadan bildirilib ki, institutun mütəxəssislərinin qənaətinə görə Alismataceae (Süsənbərçiçəklilər), Aquifoliaceae (Şümşəkimilər), Balsaminaceae (Balzaminkimilər), Buxaceae (Şümşətçiçəklilər), Cannabaceae (Kənafkimilər), Caryophyllaceae (Qərənfilçiçəklilər) fəsilələrin də daxil olduğu ümumilikdə 42 fəsilə Azərbaycanın meşə landşaftlarında zəif və həssas hesab olunur. Bu fəsilələr çox az sayda növlərlə təmsil olunduqlarından, iqlim dəyişmələri şəraitində mühitin əlverişsizliyi, bu növlərin məhv olması, floradan bütöv cins və fəsilənin silinməsinə səbəb ola bilər. Bu növlərin status və kateqoriyası müəyyən edildikdən sonra onların park və bağlarda çoxaldılması haqqında tövsiyələrin hazırlanması nəzərdə tutulur.
Bildirilib ki, meşə landşaftlarının flora müxtəlifliyi üzrə tədqiqatların ilk nəticələrində ölkəmizin meşə landşaftlarında 96 fəsiləyə aid 749 bitki növünün taksonomik strukturu, bioekoloji xüsusiyyətləri, iqlim dəyişkənliyi şəraitində rezistentliyi müəyyənləşdirilib, fotomateriallar toplanıb. Landşafta əsasən, düzənlik, dağlıq, arid və tuqay meşələrində Rosaceae (Gülçiçəklilər), Asteraceae (Asterçiçəklilər), Labiatae (Dodaqçiçəklilər), Orchidaceae (Səhləbçiçəklilər), Cyperaceae (Cilçiçəklilər), Fabaceae (Paxlalılar), Apiaceae (Çətirçiçəklilər), Poaceae (Taxıllar), Ranunculaceae (Qaymaqçiçəklilər), Boraginaceae (Göyzəbankimilər) fəsilələrinə aid 155 cins, 452 növ aşkar edilib. Məlum olub ki, zəngin cins və növ müxtəlifliyinə malik olduqlarından bu növlər Azərbaycanın meşə landşaftları florasının inkişafda olan, təhlükəsiz növləridir.
1 Noyabr 17:46
1 827
1 Noyabr 14:21
1 827
31 Oktyabr 20:55
2 247