28 Sentyabr 15:53
28 Sentyabr 14:15
28 Sentyabr 13:53
12:25
322
“Yaz, payız aylarında adətən kəskin respirator xəstəliklərin, hava-damcı yolu ilə keçən xəstəliklərin miqdarı çoxalır”.
Bunu xalqcebhesi.az-a infeksionist, həkim Etibar Süleymanov bildirib.
E.Süleymanov qeyd edib ki, buna səbəb havaların tez-tez dəyişməsi, payız mövsümündə məktəblərin, universitetlərin açılması və əhalinin kütləvi şəkildə toplanan yerlərin sayının çoxalması nəticəsində xəstəliyin inkişafına şərait yaranması, eyni zamanda, insanların müqavimətinin nisbətən yaz və payız aylarında zəif olmasıdır: “Hava-damcı yolu ilə yayılan infeksiyaların qarşısını almaqdan ötrü maskalardan istifadə olunması hər zaman təsirli vasitələrdən biri sayılıb. Eləcə də bol vitaminli meyvələrin qəbul olunması, immun sisteminin möhkəmləndirilməsi, idman, fiziki hərəkət və hava şəraitinə uyğun olaraq geyim istifadə olunmasıdır”.
Həkim vurğulayıb ki, qripə və hava-damcı infeksiyalarına qarşı peyvəndlərin olunması vacibdir: “Qrip üçün peyvəndlər ən əsas payız aylarında, xəstəliklər kütləvi yayılmamışdan əvvəl olunsa daha yaxşıdır. İldə 1 dəfə olaraq vurulur, vaksiqrip və müxtəlif qrip ştammlarına qarşı peyvəndlənmə aparıla bilir”.
Röya İsrafilova
28 Sentyabr 15:53
959
28 Sentyabr 14:15
889
28 Sentyabr 13:53
966