TN: "Tələbənin kəsiri yoxdursa və bütün fənlərdən kredit qazanıbsa, yekun attestasiyadan da keçmiş sayılacaq" Hadisə

TN: "Tələbənin kəsiri yoxdursa və bütün fənlərdən kredit qazanıbsa, yekun attestasiyadan da keçmiş sayılacaq"

“Əgər sonuncu buraxılış kursunda təhsil alan tələbənin heç bir fəndən kəsiri yoxdursa, bütün fənlərdən kredit qazanıbsa, yekun attestasiyadan da keçmiş sayılacaq”.
Təhsil Nazirliyinin sektor müdiri Yaşar Ömərov bildirib.
Onun sözlərinə görə, əgər tələbə ona verilən orta müvəffəqiyyət göstəricisindən razı deyilsə, ona dövlət imtahanı vermək imkanı yaradılacaq: “Tələbə buraxılış işinin orta müvəffəqiyyət göstərici qiymətinin yazılması ilə razı deyilsə, bu, onu qane etmirsə, tələbə buraxılış işinin müdafiəsində də iştirak edə bilər”.
Y. Ömərov bildirib ki, müəyyən ixtisaslarda yekun attestasiya hər iki formada aparılır: "Bu, tələbənin göstəricilərindən asılıdır. Tələbə buraxılış işini hazırlamalı və ali təhsil müəssisəsinə təqdim etməlidir. Bu, müəyyən qədər vaxt tələb edir. 6-7 həftə, bəlkə də uzun müddət hazırlaşırlar. Buraxılış işini elektron və kağız daşıyıcı ilə təqdim etməklə tələbəyə orta müvəffəqiyyət göstəricisi qiymətinin yazılması nəzərdə tutulur".