

11 İyul 16:12
11 İyul 13:56
11 İyul 13:26
Gələn aydan etibarən ölkədə serioliji testləri aparılacaq.
Bunu “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.
O qeyd edib ki, anticisimlərlə bağlı tədqiqatlar da aparılacaq: “Koronavirusdan sağalan şəxslərin nəticələrini sentyabr ayında analiz edəcəyik. Tədqiqatların müəyyən istiqamətləri təyin olunub”.
Ramin Bayramlı bildirib ki, hökumət 10 yeni avtomatlaşdırılmış laboratoriyanın qurulması barədə qərar verib.