İmtahanlarda açıq sualların sayı iki dəfə azaldılacaq Hadisə

İmtahanlarda açıq sualların sayı iki dəfə azaldılacaq

Gələn həftədən hər həftə sonunda 44-45 min nəfər imtahan verəcək. Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin sözlərinə görə, 1 ay ərzində 190 min insan imtahanlarda iştirak etməlidir. Onların 94 min nəfəri 11 sinif məzunudurlar və buraxılış imtahanı verirlər. Eyni zamanda 96 min nəfər 9-cu sinif məzunu imtahan verməlidirlər: “Imtahanlara hazırlıq çox mürəıkb olub. 1500-dən çox məktəb binasına baxış keçirilib. Binaların sanitar-gigiyenik tələblərə hazırlığı çox vacib məsələdir”.
Hər bir məzun təhsil aldığı məktəbin yerləşdiyi rayon, şəhərdə imtahan verəcək. İmtahanlar 1000-ə yaxın binada keçiriləcək: “Hər gün ən azı, 4 növ imtahan kitabçası məzunlara təqdim ediləcək. Hər imtahan zalına bir nəzarətçi, hər 100 nəfərə bir imtahan rəhbəri ayrılacaq. Həmin şəxslərə müxtəlif təlimlər keçirilib və onlar artıq imtahanlara hazırdırlar”.
İmtahanlarda açıq sualların sayı iki dəfə azaldılacaq. Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, ötən ilki imtahanda belə sualların sayı 24 idi: “Bu il isə 12 açıq sual olacaq. Bu da bir növ imtahanların formatını sadələşdirməkdir. Ötən illərin təcrübəsindən də görürük ki, abituriyentlər üçün əsas çətinlik açıq sualların cavablandırılması ilə bağlıdır. Bu, xüsusilə, riyaziyyat, ana dili və xarici dil fənləri ilə bağlıdır”.