“Dövlət Suverenliyi Günü gələcək nəsillərə mesajdır”
19 Sentyabr 13:06
19 Sentyabr 13:06
18 Sentyabr 22:26
18 Sentyabr 16:26
6 İyun 2020 10:07
2 016
Xaçmaz Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən daxil olmuş məlumat əsasında keçirilmiş əməliyyat tədbirləri ilə rayon sakini Şöhrət Quliyev saxlanılıb. Onun yaşadığı ünvana baxış keçirilən zamanı həyətyanı sahəsindən xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilmiş 41 ədəd çətənə kolu aşkarlanaraq götürülüb.
Dindirilmə zamanı Ş.Quliyev həmin kolları şəxsi istifadəsi üçün əkib-becərdiyini etiraf edib.
Faktla bağlı Xaçmaz Rayon Polis Şöbəsinin Təhqiqat Bölməsində araşdırmalar aparılır.
20 Sentyabr 12:03
861
19 Sentyabr 12:36
1 190
18 Sentyabr 21:11
1 386