“Əsl alim şər atmaz” Hadisə

“Əsl alim şər atmaz”

Gövhər Baxşəliyeva onu plagiatlıqda suçlayan alimə cavab verib

Milli Məclisin deputatı, AMEA Şərqşünaslıq İndtitutunun direktoru Gövhər Baxşəliyeva onu plagiatlıqda ittiham edən Bakı Dövlət Universiteti professoru Aida Qasımovaya cavab verib.
Gövhər Baxşəliyeva iki cildlik "Məqalələr, məruzələr, müsahibələr" kitabının plagiat olduğunu iddia edən professoru yalan danışmaqda qınayıb. Deputat bununla bağlı açıqlamasında deyib: "Mənim əsərlərimdə bir cümlə də olsun plagiatlıdan söhbət gedə bilməz, olsa-olsa istinadların yeri dəyişik düşə bilər, bu da kitabların mətninin kompüterlə yığılmasından və səhifələnmə zamanı baş verə bilən rəqəmlərin yerdəyişməsindən irəli gələ bilər. Məşhur rus klassiki Qriboyedovun sözləri var: "A sudği kto?", yəni "Mühakimə edən kimlərdir?".
Əsl alim vicdanlı, qərəzsiz, obyektiv olmalıdır, elmi tənqid isə xeyirxah olmalı, şər, böhtan xarakteri daşımamalı, opponenti gözdən salmaq məqsədi güdməməlidir. Aida Qasımovanın hərəkətinə yalnız təəssüf edirəm".
Xatırladaq ki, şərqşünas alim Aida Qasımovanın fikrincə, filologiya elmləri doktoru, professor, AMEA-nın Akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru Gövhər Baxşəliyevanın iki cildlik "Məqalələr, məruzələr, müsahibələr" kitabı plagiatdır. O, mətbuatda bu haqda geniş məqalə ilə çıxış edib.