Dövlət başçısına baha bir əfv müraciəti ünvanlanıb Hadisə

Dövlət başçısına baha bir əfv müraciəti ünvanlanıb

3 saylı istintaq təcridxanasında saxlanılan Ömər Məmmədov ölkə Prezidentinə, Mətbuat Şurasına və Vətəndaş Həmrəyliyi Partiyasının rəhbərliyinə müraciət ünvanlayıb.
Penitensiar Xidmətin rəsmi saytında yerləşdirilmiş xəbərə əsasən, Ö.Məmmədovun xahişi ilə müraciətləri olduğu kimi kütləvi informasiya vasitələrinin nəzərinə çatdırılıb.
O, müraciətində yazıb: "Cənab Prezident hörmətli İlham Heydər oğlu Əliyev!!!
Mən cinayət əməlinə görə həbs edilərək 3 saylı istintaq təcridxanasında saxlanılıram. Həbs olunan günədək ali təhsil alırdım, təhsilimi davam etdirmək, valideynlərimin yaşlı olmasını, özümün gənc olmağımı, gələcəkdə Respublikamızın layiqli vətəndaşı kimi təhsilimi başa çatdırmağımı nəzərə alaraq Sizdən xahiş edirəm ki, məni əfv edəsiniz".
Mətbuat Şurasına və surəti Vətəndaş Həmrəylik Partiyasının sədri Sabir Rüstəmxanlıya göndərilən digər müraciətdə isə Ömər Məmmədov qeyd edib ki, dövlət başçısına əfv olunması barədə ünvanladığı ərizəni özü yazıb və bu, onun öz fikridir: "Əlavə olaraq da VHP rəhbərliyindən xahiş edirəm ki, məni üzv olduğum partiyadan bu günkü gündən çıxardasınız".