QMİ-nin mollası özbaşınalıq edib Hadisə

QMİ-nin mollası özbaşınalıq edib

Kişinin xəbəri olmadan arvadını boşayıb

İslamın şəriət qanunlarına əsasən, kişinin icazəsi olmadan qadın boşana və talaq ala bilməz. Bu barədə Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) bildiriblər.
QMİ-dən bilrilib ki, bu durumda həm talaq oxudan qadın, həm də talaq oxuyan din xadimi günahkardır. Belə ki, əgər bu hal baş veribsə faydası yoxdur və həmin qadın hələ də kişinin xanımı və həyat yoldaşıdır.
Qeyd edək ki, bu barədə Bakı şəhər sakini müfti hacı Salman Musayevə sualla müraciət edib. O qeyd edib ki, 2014-cü il sentyabrın əvvəlində mənim həyat yoldaşım ərizə yazaraq Nizami metrosunun yanındakı məsciddə kəbini bir tərəfli pozub. Mənim isə bu əməldən heç bir xəbərim olmayıb. Və mən rəsmi şəkildə kəbini pozmağa razılıq verməmişəm.