Əflatun Amaşov TürkPA-nın baş katibi Jandos Asanovu qəbul edib Hadisə

Əflatun Amaşov TürkPA-nın baş katibi Jandos Asanovu qəbul edib

Bu gün Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) baş katibi Jandos Asanovu qəbul edib.
MŞ-dan APA-ya verilən məlumata görə, Şura sədri bildirib ki, müasir reallıqda belə bir qurumun mövcudluğu türkdilli ölkələrin hərtərəfli inteqrasiyasının sürətləndirilməsi baxımından mühüm faktordur: "Bu prosesə dövlət rəhbərləri, ictimai-siyasi xadimlər və digər sahə təmsilçiləri ilə yanaşı jurnalistlər, media qurumları da sanballı töhfələrini verə bilərlər".
MŞ sədri qonağa Mətbuat Şurasının fəaliyyət istiqamətlərində bu məsələnin də diqqət mərkəzində saxlanıldığını deyib.
J. Asanov bildirib ki, 2011-ci ilin aprelindən quruma sədrlik edən Qazaxıstanda türkdilli ölkələrin qarşılıqlı əlaqələrinin genişləndirilməsində medianın roluna xüsusi diqqət yetirilir.
Görüşdə bu məqsədlə silsilə tədbirlərin keçirilməsi məqsədə müvafiq sayılıb.