Müdafiə naziri hərbi gəmilərin vəziyyətini yoxlayıb Hadisə

Müdafiə naziri hərbi gəmilərin vəziyyətini yoxlayıb

Müdafiə naziri Zakir Həsənov Hərbi Dəniz Qüvvələrinin əsaslı təmirdən çıxaran gəmilərində olub. Xəbəri Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.
Gəmilərin daimi yerləşmə məntəqəsinə gələn müdafiə nazirini Hərbi Dəniz Qüvvələri komandanının vəzifələrini icra edən Şahin Məmmədov qarşılayıb və gəmilərin hazırlığı barədə məruzə edib. Nazirə hərbi gəmilərin taktiki-texniki xüsusiyyətləri, silahlanması, düşmənə qarşı mübarizə vasitələri, komanda məntəqələri, o cümlədən təhlükəsizlik, qəza-xilasetmə, maddi-texniki təminat bölmələri barədə məlumat verilib. Bildirilib ki, gəmi heyətinin yerləşməsi, qidalanmasının təşkili, vaxta xidmətinin aparılması, həmçinin həyati vacib digər qurğular yenidən təşkil edilməklə şəxsi heyətin müasir standartlara cavab verən şəraitdə xidmət keçməsi təmin olunub. Sonra gəmilərin daimi yerləşmə məntəqəsindən dənizə çıxışı həyata keçirilib. Tapşırığa əsasən, şərti terrorçuların ələ keçirdiyi gəminin şəxsi heyətinin xüsusi təyinatlılar tərəfindən azad edilməsi elementi icra olunub.