Ruben Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslərin ifadələri dinlənilib
Azərbaycan Slovakiya ilə data mərkəzləri sahəsində əməkdaşlıq etmək niyyətindədir
Milli Məclisin sədri Sahibə Qafarova İranın xarici işlər naziri ilə görüşüb
İsrail BMMT-yə Qəzzada humanitar yardım üçün ərazisindən istifadəyə rəsmi razılıq verib
18 Sentyabr 2020 11:43
1 855
Zabrat-Pirşağı dəmir yolu tunelində tikinti işlərinin böyük qismi yekunlaşmaq üzrədir.
Bu barədə sorğusuna cavab olaraq Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətindən bildiriblər. Qeyd olunub ki, bu günədək Abşeron dairəvi dəmir yolu boyunca 10 yerdə avtomobil yolları ilə dəmir yollarının eynisəviyyəli kəsişməsi ləğv edilib:
"Həmin ərazilərdə yeraltı tunel tipli avtomobil keçidləri inşa olunub. Hazırda inşası davam etdirilən əlavə 2 tuneldən birində işlər yekunlaşmaq üzrədir. Digəri isə Zabrat-Pirşağı dəmir yolu tunelidir ki, burada tikinti zamanı 70-dən çox ağacın köçürülməsi zərurəti yaranmışdı. Yaxın vaxtlarda həmin ağacların mövsümi köçürülməsinə başlanılacaq. Onu da qeyd edək ki, Zabrat-Pirşağı dəmir yolu tunelində aparılan tikinti işlərinin böyük qismi yekunlaşmaq üzrədir. Ağaclar köçürüldükdən sonra bu istiqamətdə işlər daha da sürətlənəcək".