Lukaşenko: Trampın siyasəti dünyanı üçüncü dünya müharibəsindən çəkindirir Dünya

Lukaşenko: Trampın siyasəti dünyanı üçüncü dünya müharibəsindən çəkindirir

ABŞ Prezidenti Donald Trampın siyasəti dünyanı qütbləşdirir və əsaslı tənqidlərə səbəb olur, lakin o, əslində dünyanı üçüncü dünya müharibəsindən çəkindirir.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko IV Minsk Avrasiya Təhlükəsizliyi üzrə Beynəlxalq Konfransında bildirib.

"Mən əbəs yerə burada amerikalılar haqqında tez-tez danışmıram. Baxmayaraq ki, onlar bizim regionda deyillər, çox şey onlardan asılıdır. Prezident Trampın siyasəti dünyanı qütbləşdirir və gizlətməyə nə var, əsaslı tənqidlərə səbəb olur", - deyə Belarus lideri bildirib. - "Lakin axı Tramp öz hərəkətləri ilə, ziddiyyətli olsa belə, əslində dünyanı hələlik nüvə formatında alovlana biləcək üçüncü dünya müharibəsindən çəkindirir. Və okeanın o tayında artıq bundan gizlənmək mümkün olmayacaq".

Məryəm Quliyeva