13:13
357
Ukrayna Prezidenti Volodimir Zelenski çərşənbə günortası Berlinə gəlir.
Xalqcebhesi.az xəbər verir ki, "dpa" agentliyinin verdiyi məlumata görə, bu barədə Almaniya kansleri Fridrix Merz Berlin Ticarət və Sənaye Palatasındakı çıxışı zamanı bildirib.
Səfər Rusiya, Ukrayna və ABŞ arasında müharibənin dayandırılmasına yönəlmiş yeni danışıqlar raunduna hazırlıq fonunda baş tutur.
Əvvəllər ABŞ-nin xüsusi nümayəndəsi Stiv Uitkoff görüşün gələn həftənin çərşənbə akşamı və çərşənbə günləri Əbu-Dabidə keçiriləcəyini bəyan etmişdi. Danışıqlar dövlət başçılarının müşavirləri səviyyəsində baş tutacaq.
"Müzakirələr müharibədən sonrakı təhlükəsizlik memarlığı, deeskalasiya, humanitar təşəbbüslər və dinc nizamlanma yolunda növbəti addımlar kimi məsələlərə yönələcək", - deyə Uitkoff "X" sosial şəbəkəsində yazıb.
Məryəm Quliyeva