13:48
679
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyası qüvvələri krallığın qərbindəki Məkkə şəhəri yaxınlığında pilotsuz uçuş aparatını (PUA) ələ keçirərək məhv edib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə alyansın rəsmi nümayəndəsi Turki əl-Maliki məlumat yayıb.
"Məkkə rayonunda pilotsuz uçuş aparatı ələ keçirilib və məhv edilib", - deyə o, "X" sosial şəbəkəsində yazıb. Koalisiya nümayəndəsi aparatın konkret kimsəyə məxsus olduğunu dəqiqləşdirməyib.
Məryəm Quliyeva