24 Sentyabr 18:13
24 Sentyabr 16:44
Ceyhun Bayramov ABŞ şirkətlərinin nümayəndələrinə Azərbaycan-ABŞ tərəfdaşlığından danışıb
Ceyhun Bayramov TRIPP təşəbbüsünün regional tranzit şəbəkələrini genişləndirəcəyini bildirib
Bu gün paytaxtın bəzi ərazilərində elektrik enerjisi olmayacaq
Fransa Səudiyyə Ərəbistanına hərbçilər və HHM sistemləri göndərəcək
28 Sentyabr 2020 20:43
3 227
Cəbhə bölgəsindən gələn məlumatlara görə, düşmən tərəfindən atılan mərmilərdən biri Tərtər şəhərinin mərkəzində yerləşən rayon Polis Şöbəsinin inzibati binasının həyətinə düşüb. Bu zaman dağıntı və insan tələfatı olubmu?
Bu suala cavab olaraq Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib ki, hərbi qüvvələrimizlə bacara bilməyən düşmən yaşayış məntəqələrimizi və mülki obyektləri hədəf seçir. Bu gün saat 12 radələrində düşmən tərəfindən atılan mərmilərdən biri Tərtər Rayon Polis Şöbəsinin inzibati binasının həyətinə düşüb. Zərbə o qədər güclü olub ki, mərminin qəlpələri inzibati binanın dəhlizlərinə qədər daxil olub. Xoşbəxtlikdən insan tələfatı, xəsarət alan olmasa da, binaya ciddi maddi ziyan dəyib.
Bu bir daha onu göstərir ki, döyüş meydanında ağır zərbələr alan düşmən cəbhədən xeyli aralıda olan yaşayış məntəqələrimizi, orada yaşayan mülki əhalini hədəf seçməkdə davam edir.
09:10
259
24 Sentyabr 17:44
826
24 Sentyabr 17:07
728


