İŞİD-ə qoşulmaq istəyən 4 azərbaycanlı Türkiyədə həbs edildi Hadisə

İŞİD-ə qoşulmaq istəyən 4 azərbaycanlı Türkiyədə həbs edildi

Türkiyə Suriyaya keçmək istəyən 22 nəfəri həbs edib. Türkiyə-Suriya sərhəddinin Kilis rayonunda, Aşağı Bəylərbəyi kəndi istiqamətində sərhəddi keçib İŞİD-ə qoşulmaq istəyən qrup sərhəd xidmətçiləri tərəfindən saxlanılıb.
İlkin məlumata görə, onlardan 18 nəfər Şərqi Türküstan vilayətindən, 4 nəfər isə Azərbaycan vətəndaşı olub.
Saxlanılan Azərbaycan vətəndaşları – 1991-ci il təvəllüdlü Paşayeva Simnarə Simral qızı, onun qızı, 2014-cü il təvəllüdlü (10 aylıq) Paşayeva Məryəm Araz qızı, 1996-cı il təvəllüdlü Musayeva Aynur Vahid qızı və 1990-cı il təvəllüdlü Əlimətov Abdul Azad oğludur.
Məlumata görə, azyaşlı uşağı ilə birlikdə Suriyaya getmək istəyən S. Paşayevanın əri Araz hazırda "İslam Dövləti" silahlı qruplaşması tərkibində vuruşur.
Saxlanılanlar deportasiya edilmək üçün rayon polis idarəsinin xaricilərlə iş şöbəsinə təhvil veriliblər.