Elektron sağlamlıq kartlarını şəxsiyyət vəsiqələrinə inteqrasiya edir Hadisə

Elektron sağlamlıq kartlarını şəxsiyyət vəsiqələrinə inteqrasiya edir

Azərbaycanda elektron sağlamlıq kartlarındakı məlumatlar yeni nəsil şəxsiyyət vəsiqələrinə inteqrasiya ediləcək. Bu barədə çərşənbə günü Azərbaycanın Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat-Hesablama Mərkəzindən (MHM) bildiriblər.
MHM-dən deyildiyi kimi, məlumat şəxsiyyət vəsiqəsinin çipində təkrarlanacaq.
Layihənin 2015-ci il dekabrın 1-nə kimi başa çatdırılması planlaşdırılır. Yeniyetmələr üçün şəxsiyyət vəsiqəsində çipə uyğunluq sertifikatının inteqrasiyası üçün imkan nəzərdə tutulub.
Layihə Ədliyyə Nazirliyi tərəfindən Səhiyyə Nazirliyi ilə birgə reallaşdırılacaq: "Elektron sertifikatlar vətəndaşlara MHM tərəfindən veriləcək. Mərkəz həmçinin yeni nəsil şəxsiyyət vəsiqələrinin çiplərinə elektron-rəqəmli imzanın inteqrasiyası ilə də məşğul olacaq. Bu hədəflər üçün yeni e-imza mərkəzi yaradılacaq. Yeni şəxsiyyət vəsiqələrinin 2015-ci il dekabrın 1-dən veriləcəyi gözlənilir".
Yeni mərkəz ölkənin Daxili İşlər Nazirliyi yanında fəaliyyət göstərən 9 fərdiləşdirmə mərkəzində sorğuları emal edəcək. İHM alınmış sorğular əsasında sertifikatları hazırlayacaq və onları geri göndərəcək: "Yeni vəsiqələrdəki çiplərə məlumatlar DİN tərəfindən daxil ediləcək. Vətəndaşların yeni şəxsiyyət vəsiqələrinin alınması üzrə qeydiyyatı nazirliyin təxminən 90 şöbəsində aparılacaq. Həmçinin "ASAN xidmət" mərkəzlərində də qeydiyyatdan keçmək mümkün olacaq".
Qeyri-rəsmi məlumatlara görə, yeni şəxsiyyət vəsiqələrinin alınmasına görə dövlət rüsumunun məbləği 5 manat olacaq.