Azərbaycan polisləri Kəlbəcərdədir Hadisə

Azərbaycan polisləri Kəlbəcərdədir

Kəlbəcər rayon Polis Şöbəsinin əməkdaşları işğaldan azad edilən Kəlbəcər rayonuna gediblər.
Bu barədə videogörüntülər sosial şəbəkədə yayılıb.
Belə ki, polis əməkdaşları şəhərin mərkəzində olublar.
123 saylı Kəlbəcər seçki dairəsindən Milli Məclisə deputat seçilən Aqil Məmmədov “Report”a bildirib ki, Kəlbəcər Rayon Polis Şöbəsinin əməkdaşları aidiyyəti qurumlarla birlikdə ora gedərək həmin ərazilərə baş çəkiblər:
“Ancaq polis şöbəsinin Kəlbəcərə yerləşdirilməsi ilə bağlı aidiyyəti üzrə konkret tapşırıq verilməyib. Bununla bağlı Daxili İşlər naziri müvafiq əmr verəcək. Hazırda Kəlbəcər Rayon Polis Şöbəsinin bir hissəsi Göyügöl rayonunda, bir hissəsi isə Gəncə şəhərində fəaliyyət göstərir”.
Qeyd edək ki, noyabrın 25-də Kəlbəcər rayonu Ermənistan silahlı qüvvələrinin 27 illik işğalından azad olunub.