İkinci Qarabağ müharibəsi Azərbaycan tarixində parlaq səhifədir - Aleksandr İşein Hadisə

İkinci Qarabağ müharibəsi Azərbaycan tarixində parlaq səhifədir - Aleksandr İşein

İkinci Qarabağ müharibəsi Azərbaycanın xalq yaddaşında parlaq səhifədir.

Trend-in məlumatına görə, bunu Rus Pravoslav kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein deyib.

O bildirib ki, bugünkü gün Azərbaycan tarixində xüsusi gündür:

“Əlbəttə, biz hamımız Qarabağın azad edilməsi münasibəti ilə sevincliyik. Qarabağ Azərbaycandır. Bu, bizim üçün artıq bir növ salamlaşmaya çevrilib. Bu ifadə Azərbaycan xalqının qəhrəmanlığı və ədalətini, ölkə rəhbərinin istedadlı və dahi olduğunu göstərir”.

O əlavə edib ki, qələbəni qeyd etməklə yanaşı, hər kəs Vətəni müdafiə edərkən şəhid olanları da xatırlayır:

“Bu müharibə Azərbaycan tarixinə təkcə İkinci Qarabağ müharibəsi kimi deyil, həm də Vətən müharibəsi kimi daxil olacaq. Bütün Azərbaycan üçün bu, xalq yaddaşının parlaq səhifəsidir”.