Tehran: "Səma ya hamı üçün açıq olmalıdır, ya da heç kim üçün"
25 Sentyabr 16:54
25 Sentyabr 16:54
25 Sentyabr 15:07
25 Sentyabr 14:10
Ceyhun Bayramov Nyu-Yorkda “77-lər qrupu və Çin”in 50-ci nazirlər toplantısında çıxış edib
Prezident İlham Əliyev Qazaxıstan dövlət başçısına başsağlığı verib
AIIF 2026: Cənubi Qafqaz-Mərkəzi Asiya əməkdaşlığı mövzusunda panel sessiya keçirilib
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda Orta Dəhliz müzakirə olunub
Metroda şok hadisə: kişi özünü hərəkətdə olan qatarın yoluna atdı
7 Dekabr 2020 12:07
2 086
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi möhtəşəm zəfərimizlə başa çatan Vətən müharibəsinin şəhidlərinin ailə üzvlərindən bir qrupunu və müharibə iştirakçısını bu gün də özünüməşğulluq proqramı çərçivəsində aktivlərlə təmin edib.
Nazirlikdən verilən məlumata görə, Gəncə şəhərində və Göygöl rayonunda şəhid Tunar Əliyevin atası Qoşqar Əliyev, şəhid Sabir Yusubovun həyat yoldaşı Aliyə Yusubova, şəhid Saleh Mustafazadənin atası Qənimət Mustafayev, şəhid Cavid Əliyevin atası Samir Əliyev və Vətən müharibəsinin qazisi Samir Əliyev üçün kənd təsərrüfatı sahəsi üzrə kiçik təsərrüfatlar yaradılıb.
Onlar xüsusi qayğı ilə əhatə olunduqlarına və təsərrüfat yaratmaları üçün göstərilən dəstəyə görə Prezident, Ali Baş Komandan İlham Əliyevə dərin təşəkkürlərini bildiriblər.
Şəhidlərimizin ailələri, müharibə iştirakçıları, erməni terrorundan zərər çəkən şəxslər üçün kiçik ailə təsərrüfatlarının yaradılması işləri davam etdirilir.
25 Sentyabr 18:21
994
25 Sentyabr 17:17
735
25 Sentyabr 17:16
686





