Türkiyə və Azərbaycan mediası Hadisə

Türkiyə və Azərbaycan mediası

Tarixi müqayisələr və ənənəvi mediadan onlayn mediaya keçid

Azərbaycan Mətbuat Şurası Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkiaşfına Dövlət Dəstəyi Fondu, Türkiyə Respublikasının Azərbaycandakı Səfirliyi, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin Bakı nümayəndəliyi, TRT-nin və Anadolu Agentliyinin ölkəmizdəki nümayəndəlikləri ilə birlikdə "Türkiyə və Azərbaycan mediası: tarixi müqayisələr və ənənəvi mediadan onlayn mediaya keçid" mövzusunda konfrans keçirəcək. Tədbir dekabrın 11-də saat 09:30-da Beynəlxalq Mətbuat Mərkəzində işinə başlayacaq.
Üç iclasdan ibarət olacaq konfransa Türkiyədən TRT telekanalının baş direktoru Şenol Goka, Türkiyə Mətbuat və İnformasiya İdarəsinin rəhbəri Əli Günəş, Ankara Qazi Universitetinin jurnalistika fakultəsinin dekanı Zakir Afşar, "haber7.com" saytının rəhbəri İbrahim Ərdoğan və digər şəxslər qatılacaqlar. Tədbirdə həmçinin ölkəmizin dövlət rəsimilərinin, aparıcı KİV-lərin, o cümlədən internet portallarının rəhbərlərinin, ekspertlərin iştirakı nəzərdə tutulur.
Qeyd edək ki, konfrans çərçivəsində Türkiyədən gələn media nümayəndələrinin ölkəmizin telekanallarındakı proqramlara qatılmaları, Quba məzarlığını ziyarəti, Bakı Dövlət Universitetində və Bakı Slavyan Universitetində tələbələrlə görüşü də gerçəkləşdiriləcək.