Hollandiya Azərbaycan Evinin rəhbəri Protestant kilsəsinin üzvü ilə görüşüb Hadisə

Hollandiya Azərbaycan Evinin rəhbəri Protestant kilsəsinin üzvü ilə görüşüb

Hollandiya Azərbaycan Evinin rəhbəri Elxan Mirhəşimli "Azərbaycan həqiqətlərinin Hollandiyada tanıdılması" layihəsi çərçivəsində Hollandiyadakı Protestant kilsə xadimləri və kilsə üzvləri ilə görüşlərə başlayıb.
E.Mirhəşimlinin ilk görüşü Niderland Krallığının Protestant kilsəsinin üzvü, xristian təşkilatının humanitar məsələlər üzrə missioneri, holland yazıçısı Japke de Krakerlə olub. Protestant xristian təşkilatının ofisində baş tutan görüşdə E.Mirhəşimli Japke de Krakerlə fikirlərini bölüşüblər. Eyni zamanda Protestant kilsəsinin üzvünə Azərbaycan həqiqətləri haqqında məlumat verilib.
Azərbaycana xoş münasibəti olan Japke de Kraker yaxın zamanlarda E.Mirhəşimli ilə bir daha görüşəcəyini bildirib. E.Mirhəşimli də dəvətə və mehriban qarşılanmsına görə kilsə üzvünə təşəkkür edib.Xatırladaq ki, "Azərbaycan həqiqətlərinin Hollandiyada tanıdılması" layihəsini Hollandiya Azərbaycan Evi və Diaspor Jurnalistləri Birliyi birgə həyata keçirirlər.

Əli