Azərbaycanlılar yenidən Poroşenkoya müraciət ediblər Hadisə

Azərbaycanlılar yenidən Poroşenkoya müraciət ediblər

Ukraynada yaşayan azərbaycanlılar və digər xalqların nümayəndələri siyasi qərarlar, yeni layihələrin qəbulu və onların hüquqi təminatında ölkədə yaşayan milli azlıqların təkliflərinin qəbulu ilə əlaqədar ölkə prezidenti Pyotr Poroşenko, Ali Rada İdarəsi və Nazirlər Kabinetinə müraciət ediblər.
Ukrayna Xalqlar Assambleyasının verdiyi xəbərə görə, bununla əlaqədar olaraq, ölkədə yaşayan azsaylı xalqları təmsil edən təşkilatların iştirakı ilə toplantı keçirilib.
Toplantıda ölkə rəhbərliyi və Ali Rada tərəfindən qəbul olunan müraciətdə bütün sahələr üzrə verilən siyasi qərarlarda milli azlıqların hüquqlarının nəzərə alınması tələb edilir.