22 Fevral 2021 12:41
1 995
Türkiyənin "Bayraktar" pilotsuz silahlı uçuş aparatı ümumilikdə 300 mininci uçuş saatını başa vurub.
Trend-in məlumatına görə, bu barədə "Baykar" şirkəti bildirib.
Bu nəticə Türkiyə istehsalı olan hava nəqliyyat vasitələri arasında rekord göstərici olub.
Qeyd edək ki, "Bayraktar" uçuş aparatları 2014-cü ildən etibarən Türkiyə Silahlı Qüvvələrinin istifadəsindədir.
Hazırda Türkiyə, Ukrayna, Qətər və Azərbaycanda 160 "Bayraktar TB2" PUA-sı fəaliyyət göstərir.
11:45
1 253
10:27
1 239
20 Mart 09:46
1 603