16:38
371.jpg)
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ Prezidenti Donald Tramp Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyası çərçivəsində görüş keçirəcəklər.
Xalqcebhesi.az "Dünya" nəşrinə istinadən xəbər verir ki, bu barədə ABŞ-nin Ankaradakı səfiri Tom Barrak bildirib.
Ərdoğanın gələn həftə BMT Baş Assambleyasının iclaslarında iştirak etmək üçün Nyu-Yorka yola düşəcəyi gözlənilir.
İki liderin görüşünün dəqiq tarixi hələlik açıqlanmır.
Məryəm Quliyeva