SEPAH Hörmüz boğazında ABŞ-nin "MQ-9 Reaper" dronunu vurduğunu açıqlayıb Dünya

SEPAH Hörmüz boğazında ABŞ-nin "MQ-9 Reaper" dronunu vurduğunu açıqlayıb

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazındakı Qeşm adası üzərində ABŞ-yə məxsus "MQ-9 Reaper" pilotsuz uçuş aparatının ələ keçirilərək məhv edildiyini bildirib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "IRNA" dövlət agentliyi məlumat yayıb.

SEPAH-ın məlumatına görə, insident yerli vaxtla saat 10:12-də ada üzərindəki hava məkanında baş verib. İran qurumu iddia edir ki, PUA ölkənin vahid hava hücumundan müdafiə sisteminin tərkibində fəaliyyət göstərən SEPAH Hərbi Hava Qüvvələrinin ən yeni HHM kompleksi tərəfindən vurulub.

SEPAH-dan bildirilib ki, bu, İran qüvvələri tərəfindən vurulan artıq 53-cü "MQ-9 Reaper" dronudur.

Məryəm Quliyeva