16:42
882
Beynəlxalq münasibətlərin kəskinləşməsi fonunda regional və beynəlxalq hegemonluğa iddialı ölkələr tarixi vəziyyətdən istifadə edib, öz iddiaları uğrunda bir-biri ilə qarşıdurmadan belə çəkinmirlər. Bu qarşıdurmalar həmin ölkələrin nəzərində onların ölüm-qalım mübarizəsinə çevrilir.
Bunu xalqcebhesi.az-a ƏHD Partiyasının ictimai-siyasi əlaqələr üzrə katibi Azər Qasımov deyib.
"İddiaların əsaslı və ya əsassız, beynəlxalq qanunlara uyğun olması məsələsi onları maraqlandırmır. Atılan siyasi addımların hərbi addımlarla dəstəklənməsi adi hal alır. Nəticə etibarilə gəlinən və əldə olunan nəticələrin daimi xarakter alması uğrunda daha geniş mübarizə gedir. Regional qarşıdurmalara beynəlxalq güclər qarışır, işlər içindən çıxılmaz hala gəlir. Davam edən müharibə xarakterli qarşıdurmalar bunu isbat edir. Görünən odur ki, iddiaları olan ölkələr üçün geri çəkilmək tarixi məğlubiyyət xarakteri daşıyır.
Hesab etmək olar ki, proseslər daha gərgin, geniş miqyaslı hal almaq xarakteri daşıyır. Tarixi proseslər onu göstərir ki, iddialı olmaq dərin strateji düşüncə qabiliyyəti tələb edir. Proseslərin hara gedəcəyini doğru hesablaya bilməyənlərin uzun müddət oyundan kənar qalması mütləq olacaq" - o, vurğulayıb.
Cavid
16:51
805
16:47
637
16:10
826