17:30
357
İran ali rəhbərinin siyasi müşaviri Məhəmməd-Baqir Zülqədr bildirib ki, ABŞ Prezidenti Donald Tramp və İsrailin Baş naziri Binyamin Netanyahu hakimiyyətdən getməyənədək İran Hörmüz boğazını bağlı saxlayacaq.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Iran International" məlumat yayıb.
"Döyüşçülərimiz Tramp və Netanyahu hakimiyyətdə olduğu müddətdə Hörmüz boğazını açmayacaqlar", — deyə Zülqədr vurğulayıb və boğazın bağlanmasını İranın cavab tədbirlərinin birinci mərhələsi adlandırıb.
Onun sözlərinə görə, Tehran müharibə zamanı həlak olanların qisasını almaq niyyətindədir. Zülqədr həmçinin əlavə edib ki, İranın son 200 gün ərzində göstərdiyi müqavimət ölkəyə məğlubiyyət uğratmaq cəhdlərinin boşa çıxdığını sübut edir.
Məryəm Quliyeva