İsveçin baş naziri istefa verib Dünya

İsveçin baş naziri istefa verib

İsveçin baş naziri Ulf Kristersson seçkilərdə səslərin hesablanması başa çatdıqdan sonra parlamentin spikerinə istefa ərizəsini təqdim edib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə SVT məlumat yayıb.

İlkin nəticələrə görə, sol-mərkəzçi müxalifət 176 mandat qazandığı halda, "Tidö" hökumət sazişinin partiyaları - Mötədil Koalisiya Partiyası, İsveç Demokratları, Xristian Demokratlar və Liberallar birlikdə 173 mandat əldə ediblər. Müxalifətin üstünlüyü 50 359 səs təşkil edib.

Kristersson qeyd edib ki, səsvermə ərəfəsində partiyaların verdiyi bəyanatlar ehtimal olunan koalisiyalar və baş nazir vəzifəsinə namizədlər üçün maneəyə çevrilə biləcəyindən, seçki nəticələri yeni hökumətin formalaşdırılmasını mürəkkəbləşdirə bilər.

Yeni hökumət vəzifəsinin icrasına başlayanadək Kristersson və digər nazirlər öz öhdəliklərini yerinə yetirməyə davam edəcəklər.

Məryəm Quliyeva