Səudiyyə Ərəbistanına PUA hücumu: Ölənlər və yaralananlar var Dünya

Səudiyyə Ərəbistanına PUA hücumu: Ölənlər və yaralananlar var

Səudiyyə Ərəbistanının qərbində vurulan pilotsuz uçuş aparatının qalıqlarının düşməsi nəticəsində bir nəfər həlak olub, iki nəfər xəsarət alıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə krallığın Mülki Müdafiə Xidmətinin nümayəndəsi məlumat verib.

SPA agentliyinin verdiyi bəyanata əsasən, Yəmənin üsyançı "Ənsar Allah" (hüsilər) hərəkatı tərəfindən buraxılan dron "ələ keçirilərək məhv edilib", xidmət əməkdaşları onun qalıqlarının düşdüyü əraziyə baxış keçiriblər. "İnsident nəticəsində Yəmən vətəndaşı həlak olub, ABŞ və Pakistan vətəndaşları isə yaralanıb, sonuncunun vəziyyəti kritik qiymətləndirilir. Bundan əlavə, bir sıra bina və nəqliyyat vasitələrinə maddi ziyan dəyib", — deyə məlumatda vurğulanır.

Məryəm Quliyeva