Bakıda ağır yol qəzası Hadisə

Bakıda ağır yol qəzası

Dünən Qaradağ rayonu ərazisində "Daewoo" markalı minik avtomobili dəmir çəpərlərə çırpılaraq deformasiyaya uğrayıb.
Nəticədə avtomobilin sürücüsü, Cabbarov Yasin Çərkəz oğlu avtomobildə sıxılmış vəziyyətdə qalıb. Xilasedicilər sürücünü xilas edərək aidiyyəti üzrə təhvil veriblər. Deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalmış 2 nəfərin cəsədi isə avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Baş verən yol qəzasında ölən şəxslərin adları məlum olub. Qaradağ Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, qəzada ölənlər Yasəmən Talıb qızı Sadıqova və Altay Elman oğlu Sadıqovdur.
Qəza nəticəsində xəsarət alan avtomobilin sürücüsü Yasin Çərkəz oğlu Cabbarov müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.