“Sözün müdafiəsi klubu” fəaliyyətə başlayır Hadisə

“Sözün müdafiəsi klubu” fəaliyyətə başlayır

Söz Azadlığını Müdafiə Fondu (SAMF) "Sözün müdafiəsi klubu" layihəsinin icrasına start verib. Azərbaycan dilinin təbliğinə yönələn bu layihədə tanınmış dilçi alimlərin, media təmsilçilərinin iştirakı nəzərdə tutulub. "Sözün müdafiəsi klubu"nda ayda bir dəfə olmaqla Azərbaycan dilinin qorunması ilə bağlı müzakirələrin təşkili həyata keçiriləcək.
Sonda isə müzakirənin stenoqramı həm fondun saytında, həm də saytların birində yerləşdirilməsi planlaşdırılır. Müzakirələr sonradan internet və sosial mediada davam etdiriləcəkdir. Fondun əməkdaşları tərəfindən "Sözün müdafiəsi klubu"nun "Əsasnaməsi" və fəaliyyət proqramı hazırlanıb. İlk müzakirə mövzusu isə "küçə reklamlarında dilmizi qoruyaq" mövzusu olacaqdır. Qarşıdan ilk Avropa Olimpiadasının keçiriləcəyi bir vaxtda dilimizə olan münasibət, habelə bu istiqamətdə aparılan işlərin aktuallığı artır.
SAMF əmindir ki, bu möhtəşəm idman tədbiri ölkəmizə Azərbaycan dilinin özəlliklərinin təqdimatına geniş imkan yaradacaq. Odur ki, vətəndaş cəmiyyətinin təmsilçisi olaraq SAMF-da mövcud durumda öz tövhəsini vermək niyyətindədir. Xatırladaqki, SAMF "Ana dilimizi qoruyaq" devizi ilə bundan əvvəl bir sıra ciddi layihələri həyata keçirib. Küçə reklamlarında və istehlak mallarında dilimizin qorunmasıyla bağlı monitorinqlər keçirmiş və nəticələri barədə ictimaiyyətə geniş məlumat vermişdir.

XC