Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirib, gizlədilən silah tapılıb
COVID-19-la mübarizədə iştirak edən tibb işçilərinin əməkhaqlarına əlavənin müddəti uzadılıb
Qarabağ Regional Elmi Tədqiqatlar və İnnovasiyalar İnstitutu yaradılıb
Milli Məclisin sədri Sahibə Qafarova İkinci Asiya Qadınlar Forumunda çıxış edib - FOTO
2 Mart 2021 17:23
2 793
“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti (QSC) ilə Türkiyənin Sivas Cümhuriyyət Universiteti arasında Əməkdaşlıq Protokolu imzalanıb.
QSC-dən Trend-ə bildirilib ki, sənədə əsasən, Sivas Cümhuriyyət Universitetinin mütəxəssisləri QSC-nin Teleradio Akademiyasının tələbələrinə, jurnalistlərə, həmçinin Azərbaycanda media sahəsində fəaliyyət göstərən texniki işçilərə onlayn treninqlər keçəcək.
2021-ci il 8-19 mart tarixlərində keçiriləcək treninqləri Sivas Cümhuriyyət Universitetinin Jurnalistika fakültəsinin koordinatorluğu ilə Universitetin Daimi Tədris Mərkəzi reallaşdıracaq.
Tədris proqramını uğurla bitirən iştirakçılara sertifikatlar təqdim olunacaq.
Onu da bildirək ki, Sivas Cümhuriyyət Universitetinin mütəxəssisləri və AzTV-nin əməkdaşlarından ibarət yaradıcı qrup tərəfindən Qarabağ bölgəsində sənədli filmin çəkilişləri də nəzərdə tutulub.