Uitkoff: ABŞ və Avropa Kiyev üçün təhlükəsizlik zəmanətlərini vacib sayır Dünya

Uitkoff: ABŞ və Avropa Kiyev üçün təhlükəsizlik zəmanətlərini vacib sayır

ABŞ, Avropa və Ukrayna nümayəndələri Əbu-Dabidəki danışıqlardan əvvəl görüş keçirərək gələcək sazişlərə Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin daxil edilməsinin vacibliyini bildiriblər.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə ABŞ liderinin xüsusi nümayəndəsi Stiv Uitkoff bəyan edib.

"Görüş iştirakçıları vurğuladılar ki, istənilən gələcək sazişlər suverenliyə, ərazi bütövlüyünə, müstəqil qərar qəbuletmə prosesinə hörmətlə yanaşmalı, habelə Ukrayna üçün möhkəm təhlükəsizlik zəmanətlərini təmin etməlidir", - deyə Uitkoffun "X" sosial şəbəkəsindəki bəyanatında bildirilib.

Məryəm Quliyeva