Pakistan və Misir XİN rəhbərləri arasında telefon danışığı olub
14 Avqust 17:18
14 Avqust 17:18
14 Avqust 13:00
3 Mart 2021 16:49
2 674
Martın 3-də saat 15 radələrində 1967-ci il təvəllüdlü Hafiz Əzimzadənin Ağdam rayonunun işğaldan azad edilmiş Novruzlu kəndi ərazisində minaya düşməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Ağdam rayon prokurorluğundan Trend-ə verilən məlumatda bildirilir ki, aparılmış araşdırmalarla Ağdam rayonunun Mexaniki Suvarma İdarəsinin rəisi işləyən Hafiz Əzimzadənin su quyularının bərpası işləri ilə məşğul olan zaman qeyd edilən ərazidə minaya düşməsi nəticəsində “sağ ayağın topuqdan aşağı ətrafının amputasiyası” və digər çoxsaylı xəsarətlər alması müəyyən edilmişdir.
Faktla bağlı Ağdam rayon prokurorluğu tərəfindən araşdırma aparılır.
14 Avqust 22:45
476
14 Avqust 17:40
658
14 Avqust 15:55
707