Tramp: ABŞ İrandakı əməliyyatı 70-75% tamamlayıb
15 May 16:37
9 Mart 2021 17:59
1 855
Mütərəqqi beynəlxalq təcrübəni nəzərə alaraq Azərbaycanda ictimai nəqliyyatda yeni tarif mexanizminin tətbiqi üçün bu sahədə güzəştli və nağdsız istifadə ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı hazırlıq işləri görülür.
Trend xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2020-ci ilə dair hesabatında bildirilib.
Hesabatda qeyd olunur ki, ölkəmizdə ictimai nəqliyyatda (şəhər və rayonlarda müntəzəm şəhərdaxili, şəhərətrafı və qəsəbələrarası avtobus nəqliyyatında) sərnişindaşıma xidmətləri üzrə tariflərin tənzimlənməsi Tarif (qiymət) Şurası tərəfindən vahid standart tariflərin tətbiqi siyasəti nəzərə alınmaqla həyata keçirilir:
"Bu yanaşma ictimai nəqliyyatda xidmətlə bağlı nağdsız ödəniş sisteminə keçidin tamamlanmaması, sərnişindaşıma xidməti göstərən aidiyyəti subyektlərin bu sistemə keçidlə bağlı texniki hazırlıqların başa çatdırılmaması və sair bu kimi məsələlərlə əlaqələndirilir".
16 May 19:46
1 148
16 May 10:39
1 351
15 May 18:39
1 617