Gümrüdə rus hərbçinin yaraladığı 6 aylıq uşaq ölüb Hadisə

Gümrüdə rus hərbçinin yaraladığı 6 aylıq uşaq ölüb

Rus hərbçi Valeri Permyakovun Gümrü şəhərində Avetisyan ailəsinin yaşadığı evə hücumu nəticəsində yaralanmış 6 aylıq Seryoja Avetisyan xəstəxanada dünyasını dəyişib.
APA-nın xəbərinə görə, bu barədə Ermənistan Səhiyyə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir.
Qeyd edilir ki, yerli və xarici həkimlərin səylərinə baxmayaraq, uşağın həyatını xilas etmək mümkün olmayıb.
6 aylıq S. Avetisyanda ürək-damar, ciyər və böyrək çatışmazlığı əmələ gəlib. Nəticədə bu faktorlar uşağın ölümünə səbəb olub.
Xatırladaq ki, yanvarın 12-də Gümrü şəhərində Avetisyan ailəsinin 6 üzvü güllələnib. Cinayəti Gümrüdə yerləşən Rusiyanın 102-ci hərbi bazasının əsgəri Valeri Permyakov törədib. O, Ermənistan-Türkiyə sərhədini keçmək istəyərkən Rusiya sərhədçiləri tərəfindən saxlanılıb.