Engin Alan Azərbaycana gələcək Hadisə

Engin Alan  Azərbaycana gələcək

Bu günlərdə barəsində ölkədən getməmək barədə iltizam tədbiri ləğv edilən Türkiyə xüsusi təyinatlı hərbi qüvvələrinin keçmiş komandanı, Türkiyənin Bakıdakı keçmiş hərbi attaşesi, istefada olan general-polkovnik, hazırda Milliyyətçi Hərəkat Partiyasından İstanbul millət vəkili olan Engin Alan Azərbaycana səfər edəcək.
Bu barədə o, APA-ya açıqlamasında bildirib:
"Azərbaycan mənim vətənimdir. Türkiyə ilə Azərbaycan arasında heç bir fərq qoymuram. Bakıda hərbi attaşe olarkən Azərbaycanı qarış-qarış gəzmişəm. Torpaqlarımızın işğaldan azad edilməsi üçün mənim üzərimə hansı vəzifə düşərsə, sevə-sevə yerinə yetirməyə hazıram. Gözəl Qarabağımızı, əziz vətən torpaqlarımızı işğaldan azad etməyimizdən başqa alternativimiz yoxdur, ola bilməz. Azərbaycanda çox yaxın dostlarım var, onlardan ötrü çox darıxmışam. Ən yaxın gələcəkdə işlərimi planlaşdırıb, Azərbaycana gedəcəyəm. Qardaşlarımın, dostlarımın hamısına ürəkdən salam göndərirəm".