20 Yanvar şəhidıəri Qırğızstana anılıb Hadisə

20 Yanvar şəhidıəri Qırğızstana anılıb

Yanvarın 19-da Azərbaycanın Qırğız Respublikasındakı səfirliyinin təşkilatçılığı ilə Qırğız Xalqı Assambleyasında Qanlı Yanvar hadisələrinin 25-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.
Mərasimdə Qırğız Respublikasının Prezidenti Aparatının, hökumətinin təmsilçiləri, bu ölkədə akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri, ictimai-siyasi xadimlər, Azərbaycan diasporunun üzvləri və ölkənin kütləvi informasiya vasitələrinin təmsilçiləri iştirak ediblər.
Mərasim başlamadan öncə 20 Yanvar müsibətini özündə əks etdirən foto sərgiyə baxış keçirilib, iştirakçılara press-relizlər təqdimolunub.
Tədbirin açılışında 20 Yanvar müsibətindən bəhs edən "Qanlı Yanvara aparan yol" adlı sənədli film nümayiş olunub.
Səfir Hidayət Orucov 20 Yanvar gününün Azərbaycan xalqının tarixində qanlı fəlakət ilə yanaşı, həm də qəhrəmanlıq salnaməsi kimi iz buraxdığını bildirib.
Azərbaycan xalqının hərbi, siyasi və mənəvi təzyiqlərə məruz qalsa da öz tarixi qəhrəmanlıq ənənələrinə sadiq olduğunu qeyd edən Səfir, Vətənin azadlığı və müstəqilliyi naminə ən ağır sınaqlara sinə gərmək, hətta şəhid vermək əzmini bütün dünyaya nümayiş etdirdiyini vurğulayıb.
Qırğız Respublikası Prezidenti Araratının etnik, dini siyasət və vətəndaşlarla iş üzrə şöbəsinin müdiri Mira Karıbayeva, Türkiyə Respublikasının Qırğız Respublikasında Fövqəladə və Səlahiyyətli səfiri Mətin Kılıç, Qırğız Dövlət Universitetinin rektoru Tolobek Abdıraxmanov, Qırğız-Türk "Manas" Universitetinin rektoru Səbahattin Balcı, Qırğız Respublikasının xalq yazıçısı Mar Bayciyev, Qırğız Xalqı Assambleyasının sədri, akademik Bektemir Murzuibraimov, "Azəri" ictimai Birliyinin sədri Əziz Əliyev, Qırğız Respublikasının əməkdar həkimi Akif Alaferdov, Qırğızstandakı tatar diasporasının üzvü Xariz Turna, həkim Akif Rəfibəyov və başqaları sovet ordusu tərəfindən Bakıda və ölkəmizin bir sıra digər ərazilərində törətdiyi vəhşiliklərdən, bu qanlı müsibətdə, başda Mixail Qorbaçov olmaqla, onların bütün beynəlxalq hüquq normalarına zidd hərəkət etmələri barədə danışıblar.