Bakı Metropoliteninin işçisi arvadının başını kəsib Hadisə

Bakı Metropoliteninin işçisi arvadının başını kəsib

Bakıda qətl hadisəsi baş verib. Nərimanov Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Aşiq Qərib küçəsi 69 A ünvanında yerləşən binanın qarşısında qeydə alınıb.
Bakı şəhər sakini, 1971-ci il təvəllüdlü İlham Elləz oğlu Süleymanov qısqanclıq zəminində həyat yoldaşı, 1979-cu il təvəllüdlü Məhəbbət Nəriman qızı Süleymanovanın başını kəsərək qətlə yetirib. Hadisəni törədən İ. Süleymanov Nərimanov Rayon Polis İdarəsinə gələrək təslim olub.
Polisdən qətl hadisəsi törədən şəxsin Bakı Metropolitenində elektrik-mexanik işlədiyi bildirilib.